Haqqımızda

Bilirik ki, həyatımızın böyük hissəsinin keçdiyi və ən gözəl anları yaşadığımız yerlərdə rahatlıq yetərli deyil... İnsan fərqli özünəməxsus bir özəlliyə malik həyat tərzi ilə xoşbəxt olmaq istəyir. Bunları gerçəkləşdirən isə zövqünüzü oxşayacaq “GORD furniture”-nin məhsullarıdır.

“GORD furniture”-nin məhsullarındakı (mətbəx, qarderob otaqları, dolablar, tv stendlər və s.) faydalı məkanın hər millimetri maksimum istifadə olunur.

Mebellər və dolabların müasircəsinə tərtib olunmuş iç hissəsi komfortun ən ali səviyyəsini təqdim edir və bu rahatlıqın sayəsində ev qayğıları xoş məşguliyyətə çevrilir.

Bununla bərabər GORD məhsulları geniş seçim deməkdir. Minimalizm və ya klassika — siz zövqünüzə uyğun olan üslubunuzu seçə bilərsiniz.

Xidmətlər

Modern mətbəx mebeli

Mətbəx mebeli seçimində sizə sərhədsiz sərbəstlik təklif edirik. Belə ki modern mətbəx mebellərimizlə evinizin həm ölçüsünə,həm dizaynına uyğun istədiyiniz mebelə sahib olacaqsınız.

Klassik mətbəx mebeli

Klassik üslubdakı mətbəxlər hər zaman dəbdə olmuşdur.Harmonik və mülayim klassik üslubda hazırlanmış mətbəx dəstləri isə həm şəhər,həm də bağ evinizə çox yaraşar. Nəcib ağacdan emal edilmiş klassik model müasir həyat ritminə adət edənlərə xüsusi əhval ruhiyyə bəxş edir.

TV stend

Dizaynda təmtəraqlılıq hər zaman parlaqlıq və zənginlik demək deyil. Ona sadə dizayn həlli və bəyaz rənglərlə nail olmaq olar. Minimalist tərzə malik olmağına baxmayaraq, qonaq otaqınıza elit bir görünüş və estetik gözəllik bəxş edəcəkdir.

Əlaqə vasitələri