Broşur


Bəzən bir broşur anlatmaq istədiyin hər bir şey üçün yeterli ola bilir. Reklam və promosyon fəaliyyətinizi həyata keçirmək , marketinq hədəflərinizi yetirmək üçün broşur əvəzsiz bir vasitədir. 50 il bundan əvvəl broşuralar rəqəmsal dövrün gücünü əvəz edirdi və bu gün də broşurların eyni təsiri var.

Bir broşur hazırlanmadan əvvəl nələrə diqqət olunmalıdır ?
Broşur çap mərhələsinə gəlmədən əvvəl dizaynına təkrarən nəzər yetirilməlidir, hətta bunu üçüncü bir şəxsə də göstərə bilərsiniz və siz qaça biləcək ən kiçik səhvləri görməyə imkan verir.

Dizaynda daha çox və ya daha az bir şey söyləməməyə çalışın. Təsirli bir dil istifadə edərək daha yadda qalan olmağa çalışın
Broşurde təkcə yazılı ifadədən deyil , vizual ifadənin gücündən də yararlanmağa çalışın. Rəsm və fotolar mesajınızı daha yaddaqalan olmağa kömək edir.
Əlaqə məlumatlarınızın broşura dəqiq daxil olduğundan əmin olun
Uzun cümlələr əvəzinə qısa bəndlərdən istifadə edin. Məlumat nə qədər qısa ve konkret olarsa bir o qədər çox oxunacaq deməkdir.
Rəng seçimlərinizdə də diqqətli olun. Aydındır ki, parlaq və canlı rənglər daha nəzərəçarpandır, ancaq rənglər arasında harmoniya daha çox oxunan bir broşura hazırlamaqda vacibdir.
Broşurde, potensial müştərilərinizə nələr qata biləcəyinizi də qeyd edin.
Müştəriyə birbaşa müraciət təsirli bir vasitədir
Müştərinin broşuru sonadək oxuması üçün üz qabığında cəlbedici şəkil və sloqanlardan istifade etmək vacibdir